...

Gömrükçülər 62 ədəd mobil telefonun qeyri-qanuni yolla ölkəyə gətirilməsinin qarşısını alıb (FOTO)

Hadisə Materials 17 İyun 2015 12:13 (UTC +04:00)
Son günlərdə bəzi işbazlar gömrük nəzarətindən yayınaraq əlavə qazanc əldə etmək məqsədilə Azərbaycana göndərdikləri bağlamaların içərisində gizli şəkildə mobil telefonlar yerləşdirərək onları qaçaqmalçılıq yoluyla ölkənin gömrük sərhədindən keçirməyə çalışır. Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində bu qəbildən 4 faktın üstü açılıb və ümumilikdə 62 mobil telefon aşkar edilib.
Gömrükçülər 62 ədəd mobil telefonun qeyri-qanuni yolla ölkəyə gətirilməsinin qarşısını alıb (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

Son günlərdə bəzi işbazlar gömrük nəzarətindən yayınaraq əlavə qazanc əldə etmək məqsədilə Azərbaycana göndərdikləri bağlamaların içərisində gizli şəkildə mobil telefonlar yerləşdirərək onları qaçaqmalçılıq yoluyla ölkənin gömrük sərhədindən keçirməyə çalışır. Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində bu qəbildən 4 faktın üstü açılıb və ümumilikdə 62 mobil telefon aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərindən göndərilən, üzərində alıcısının adı Əhməd Usubov kimi göstərilən və "generator" kimi bəyan edilən beynəlxalq poçt bağlaması rentgen aparatından keçərkən gömrükçülərdə şübhə doğurub. Aparılan yoxlama zamanı bağlamadakı elektrik tənzimləyicinin içərisində gizlədilən 2 adda 20 ədəd mobil telefon Poçt Göndərişlərinə Nəzarət Bölməsinin əməkdaşları tərəfindən aşkar edilib.

Eyni ölkədən Sevda Kazımova adına göndərilən və "piano" kimi bəyan olunan beynəlxalq poçt bağlaması da "Rapiskan" markalı rentgen aparatı vasitəsi ilə baxış keçirilərkən Poçt Göndərişlərinə Nəzarət Bölməsinin əməkdaşlarını şübhələndirib. Yoxlama zamanı bağlamadakı iki ədəd sintezatora oxşar musiqi alətinin içərisinə yerləşdirilən və gömrük nəzarətindən gizlədilən mobil telefonlar gömrükçülərin şübhələrini təsdiq edib. Bu fakt üzrə ümumilikdə 26 ədəd mobil telefonun qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb.

Birləşmiş Ərəb Əmirliklərindən beynəlxalq poçt göndərişləri vasitəsi ilə Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət Bölməsinə daxil olan, "işıq" kimi bəyan olunan və üzərində alıcısının adı Hilal Sadıxlı kimi göstərilən beynəlxalq poçt bağlamasından isə 7 ədəd mobil telefon aşkar edilib.

Birləşmiş Ərəb Əmirliklərindən Günay Məhərrəmli adına göndərilən bağlamadan da qaçaqmal - mobil telefon aşkar edilib. Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət Bölməsində içərisindəki mal "piano" kimi göstərilən beynəlxalq poçt bağlaması gömrükçülər tərəfindən yoxlanılıb. Yoxlama zamanı bağlamadakı sintezatora oxşar musiqi alətinin içərisindən 9 ədəd müxtəlif markalı mobil telefon aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti