...

Gəncədə Qarabağ əlilləri üçün tikilmiş binada yanğın baş verib

Hadisə Materials 12 Avqust 2015 18:25 (UTC +04:00)
Gəncə şəhərində Qarabağ əlilləri üçün tikilmiş binada yanğın baş verib.
Gəncədə Qarabağ əlilləri üçün tikilmiş binada yanğın baş verib

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Gəncə şəhərində Qarabağ əlilləri üçün tikilmiş binada yanğın baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün saat 16:30 radələrində Gəncə şəhərində yanğın baş verib.

Hadisə şəhərin Şəddadilər küçəsində yerləşən və Qarabağ əlilləri üçün tikilmiş binada qeydə alınıb. Binanın 3-cü blokunun 3-cü mərtəbəsində başlayan alov 4-cü blokdakı evin eyvanına keçib.

Lakin yanğınsöndürənlərin vaxtında müdaxiləsi alovun genişlənməsinə imkan verməyib.

Buna baxmayaraq, yanğının başladığı evdən daha çox qonşunun evinə zərər dəyib. Belə ki, burada eyvandan başqa, mətbəx də yararsız vəziyyətə düşüb.

Sakinlərin bildirdiyinə görə yanğına səbəb qaz balonunun partlamasıdır. Yanğının daha dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti