Azərbaycan, Bakı, 12 avqust /Trend/
Şəki rayonunda 1 tondan artıq çətənə kolu aşkar edilib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Layısqı kəndi ərazisində kənd sakinləri Akif Osmanov və Laləzar Cəbrayılova tərəfindən aqrotexniki qaydada becərilib, ümumi çəkisi 1 ton 5 kiloqram olan 4077 ədəd çətənə kolu aşkar edilərək götürülüb.