...

Azərbaycanda bir gündə 59 cinayət qeydə alınıb

Hadisə Materials 13 Avqust 2015 14:38 (UTC +04:00)
Azərbaycanda daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb.
Azərbaycanda bir gündə 59 cinayət qeydə alınıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanda daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qeydə alınan hadisələrin 20-i "isti izlər"lə açılıb.

Belə ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti