Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elmir Murad/
Azərbaycana keçmək istəyən İran vətəndaşının üzərində narkotik maddələr aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Akbari Meisam Feizollah oğlunun üzərinə baxış zamanı ondan ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.