Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İlkin İzzət/
Kürdəmir sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 22-də Kürdəmir rayonu Şilyan kəndində bədbəxt hadisə baş verib. Kənddə yaşayan Ayaz Şükürov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.