...

Xaçmazda dənizdən 20 yaşlı gəncin cəsədi çıxarılıb

Hadisə Materials 25 Avqust 2015 09:34 (UTC +04:00)
Xaçmazda 20 yaşlı gənc Xəzər dənizində boğulub.
Xaçmazda dənizdən 20 yaşlı gəncin cəsədi çıxarılıb

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/

Xaçmazda 20 yaşlı gənc Xəzər dənizində boğulub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə (DSXX) Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 m aralı, nəzarətsiz ərazidə 1 nəfərin suda batması haqqında məlumat daxil olub.

Şimal dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən 1995-ci il təvəllüdlü Əsgərov Orxan Xəyal oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:32-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti