...

Salyanda gecə vaxtı piyadanı vurub öldürdülər

Hadisə Materials 25 Avqust 2015 13:13 (UTC +04:00)
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Salyanda gecə vaxtı piyadanı vurub öldürdülər

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 25-də saat 01 radələrində Salyan rayonunun Qaraçala kəndində Şirvan şəhər sakini Vaqif Səfərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Elvin Abışovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti