...

DİN: Tovuzda “Mercedes”lə “KamAZ”ın toqquşması nəticəsində 3 nəfər ölüb

Hadisə Materials 31 Avqust 2015 13:28 (UTC +04:00)
Tovuzda baş verən yol qəzası zamanı üç nəfər ölüb, bir nəfər yaralanıb.
DİN: Tovuzda “Mercedes”lə “KamAZ”ın toqquşması nəticəsində 3 nəfər ölüb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İlkin İzzət/

Tovuzda baş verən yol qəzası zamanı üç nəfər ölüb, bir nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 30-da saat 01.00 radələrində Tovuz rayonunun Qaraxanlı kəndində kənd sakini Rəsul Süleymanov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış həmkəndlisi Zeynalabdin Zeynalova məxsus "KamAZ" markalı avtomobilə vurub.

Nəticədə R.Süleymanov və sərnişinlərindən həmyerliləri Murad Əliyev, Ehtiram Quliyev hadisə yerində ölüblər. Xəsarət almış digər sərnişini İbrahim Əsədov isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti