Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/
İran vətəndaşı Azərbaycanda tiryək satarkən tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah Amankənd kəndində 5 kiloqram 190 qram tiryəki 15 min ABŞ dollarına satarkən tutulub.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.