...

Şirvanda 14 kiloqramdan çox narkotik aşkarlanıb

Hadisə Materials 9 Sentyabr 2015 14:02 (UTC +04:00)
Şirvanda 15 kiloqrama yaxın narkotik aşkar edilib.
Şirvanda 14 kiloqramdan çox narkotik aşkarlanıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elmir Murad/

Şirvanda 15 kiloqrama yaxın narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, narkotik şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyevə məxsus həyətyanı sahədən tapılıb.

Belə ki, polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən çəkisi 14 kiloqram 500 qram olan 27 ədəd çətənə kolu, habelə həyətində və evində gizlətdiyi ümumi çəkisi 1 kiloqram 997 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti