...

AMEA-dan açıqlama: Hava küləkli olduğundan yanğın digər ərazilərə də yayılıb

Hadisə Materials 11 Sentyabr 2015 16:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında baş verən yanğınla bağlı açıqlama yayıb.
AMEA-dan açıqlama: Hava küləkli olduğundan yanğın digər ərazilərə də yayılıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında baş verən yanğınla bağlı açıqlama yayıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, bu gün saat 13:30 radələrində AMEA-nın Mərkəzi Nəbatat Bağında yanğın hadisəsi baş verib. Bağın təxminən 15 sota yaxın ərazisində, ağac olmayan açıq və quru otlu sahə yanıb. Müdafiə Nazirliyinin bağın yaxınlığında yerləşən ərazisindən başlayan yanğın hava küləkli olduğuna görə qısa müddətdə digər ərazilərə də yayılıb. Mərkəzi Nəbatat Bağının kollektivi səfərbər edilərək yanğını söndürməyə çalışıblar. Eyni zamanda, əraziyə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının qarşısı alınıb.

Sözügedən hadisə nəticəsində Bağın yaşıllıq zolağına heç bir zərər dəyməyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti