...

DİN: Xaçmazda ağacın avtomobilin üzərinə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Hadisə Materials 30 Sentyabr 2015 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Xaçmaz rayonunda külək zamanı ağacın aşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 29-da əsən güclü küləkdən Xaçmaz rayonunun Hacıəhməd-oba kəndində şəhər sakini Rasim Qasımovun idarə etdiyi "Moskviç" markalı avtomobilin üzərinə ağac qırılaraq düşüb.

Nəticədə sərnişini Aslan Mahmudov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti