...

Kirayə yaşadıqları evi qarət etdilər

Hadisə Materials 12 Oktyabr 2015 11:42 (UTC +04:00)
Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb.
Kirayə yaşadıqları evi qarət etdilər

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, oğurluq hadisəsi Xəzər rayonunda qeydə alınıb. Belə ki, oktyabrın 3-də Bakı şəhər sakini Mülkidar Nəzərovun Binə qəsəbəsində yeni inşa olan evində kirayədə yaşayan Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Həsən Xəlilov və 1994-cü il təvəllüdlü Rüfət Məcidov oradan 4 ədəd elektrik mişarı və 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.

Onlar Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti