...

Avtomobil qəzasında infarkt keçirdi və həyatını itirdi

Hadisə Materials 19 Oktyabr 2015 14:11 (UTC +04:00)
Tovuz rayonununda yol nəqliyyat hadisəsi baş verib.
Avtomobil qəzasında infarkt keçirdi və həyatını itirdi

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elmir Murad/

Tovuz rayonununda yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Düz-Qırıqlı kəndində baş verib.

Kənddə Şəmkir rayon sakini Oqtay Hacıyevin idarə etdiyi "VAZ-21063" markalı və Bakı şəhər sakini Fərhad Bədəlovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

O.Hacıyev hadisə yerində infarktdan ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti