...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 1 Noyabr 2015 16:57 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakıda yaşayış binasında yanğın olub

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elmir Murad/

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı və 2 p.m elektrik kabeli yanıb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyləri nəticəsində mənzilləri yanğından mühafizə etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti