...

Qəbələdə 4 nəfərin olduğu maşın dərəyə aşma təhlükəsi ilə üzləşib

Hadisə Materials 1 Noyabr 2015 19:10 (UTC +04:00)
Qəbələdə avtomobil dərəyə aşma təhlükəsi ilə üzləşib.
Qəbələdə 4 nəfərin olduğu maşın dərəyə aşma təhlükəsi ilə üzləşib

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Qəbələdə avtomobil dərəyə aşma təhlükəsi ilə üzləşib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayon, Duruca kəndində dağlıq ərazidə içərisində dörd nəfərin olduğu minik avtomobilinin sürüşərək dərəyə aşma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə dəstəsi hadisə yerinə cəlb edilərək avtomobili təhlükəsiz əraziyə çıxarıb və insanlara müvafiq köməklik göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti