...

Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 3 Noyabr 2015 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Bakıda intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihar məqsədilə tikilməkdə olan binanın üstünə çıxması barədə məlumat daxil olub.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən yayınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti