Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Elmir Murad/
Abşeron sakinindən hədələməklə pul almaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Abşeron rayonunda qeydə alınıb. Ağstafa rayon sakini Roland Abdiyev Abşeron rayon sakini A.İ-ni (qadın) rüsvay edəcəyi ilə hədələyib və ondan 100 manat pul tələb edib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdiyev pulu alarkən tutulub.