...

Sahibsiz it yolda ölümə səbəb oldu

Hadisə Materials 17 Noyabr 2015 17:26 (UTC +04:00)
İsmayıllı-Qəbələ yolunun Girdmançay ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Sahibsiz it yolda ölümə səbəb oldu

Bakı. Nicat Abdullayev - Trend:

İsmayıllı-Qəbələ yolunun Girdmançay ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, sahibsiz itin yola çıxması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

İsmayıllı Rayon Yol Patrul Xidmətindən verilən məlumata əsasən, qəzaya səbəb qəfil yola çıxan it olub. Belə ki, "Mercedes" markalı "99 DH 096" dövlət nömrə nişanlı avtomobili idarə edən Muradov Tural Ağamurad oğlu iti vurmamaq üçün avtomobili yoldan kənara çəkmək istəyib. Bu zaman idarəetməni itirib və nəticədə avtomobil dərəyə yuvarlanıb.

Qəza nəticəsində sərnişin, Qəbələnin Vəndam qəsəbə sakini Niftəliyev Qəhrəman Dəniyel oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü, həmçinin sərnişinlər Cəbralıyev Habil və Talıbov Elman müxtəlif bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti