...

Bakıda Rusiyada axtarışda olan dələduz tutuldu

Hadisə Materials 18 Noyabr 2015 13:25 (UTC +04:00)

Bakı. Elmir Murad - Trend:

Bakıda dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Trend Daxili işlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Pərizad Əzizova 2013-cü ilin fevral ayında paytaxt sakini Eldar Behbudovun onun etimadını qazanaraq 5200 manatını alması barədə Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə müraciət edib.

Araşdırma zamanı E.Behbudovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Behbudov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti