...

Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanıldı

Hadisə Materials 24 Noyabr 2015 13:17 (UTC +04:00)
Rusiyada qətl törətməkdə təqsirləndirilərək axtarışa verilən şəxs Azərbaycanda yaxalanıb.
Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanıldı

Bakı. Samir Məmmədov - Trend:

Rusiyada qətl törətməkdə təqsirləndirilərək axtarışa verilən şəxs Azərbaycanda yaxalanıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111.4-cü maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Elvin Cəfərov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti