Bakı. Trend:
Tovuz rayonunda yol polisi əməkdaşını maşın vurub.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verən insidentdə, Yol Patrul Xidməti inspektoru, rayon sakini 47 yaşlı Elmar Xəlilov xidməti ərazisində hərəkətdə olan "Vaz-2107" markalı avtomobili saxlamaq istəyərkən sürücü - rayonun Yuxarı Öysüzlü kənd sakini, 25 yaşlı Bayram Qasımov idarə etdiyi avtomobillə polis əməkdaşını vurub.
Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəlilovun vəziyyəti həkimlər tərəfindən orta-ağır kimi dəyərləndirilir .
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.