...

FHN: "Neft Daşları"nda qəza zamanı itkin düşən neftçilərin axtarışı davam etdirilir (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Dekabr 2015 18:31 (UTC +04:00)
Hazırda itkin düşən neftçilərin axtarışı SOCAR-ın əraziyə cəlb edilmiş gəmiləri ilə birgə davam etdirilir.
FHN: "Neft Daşları"nda qəza zamanı itkin düşən neftçilərin axtarışı davam etdirilir (ƏLAVƏ OLUNUB)

FHN-in məlumatı əlavə olunub (ilk xəbər saat 15:53-də yayılıb)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) "Neft Daşları"ndakı qəza ilə bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 4-də saat 12:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə güclü dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə uçurub. Hadisə baş verərkən NQÇİ-nin 3 neftçisi köşkdə olub.

Dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb, hadisə rayonuna FHN-in 1 helikopteri və "Vixr-5" yanğınsöndürən gəmisi cəlb edilib.

Hazırda itkin düşən neftçilərin axtarışı SOCAR-ın əraziyə cəlb edilmiş gəmiləri ilə birgə davam etdirilir. Əlavə məlumat veriləcək.

X X X

Güclü tufan "Neft Daşları"nda qəzaya səbəb olub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də saat 12:30 radələrində "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.

Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanıb.

Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" yanğınsöndürən gəmisi, "Avyor" dalğıc gəmisi və "Samir Quliyev" yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti