Bakı. İlhamə İsabalayeva - Trend:
"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərin hamısının vəziyyəti stabildir.
Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Leyla Seyidbəyova deyib.
Onun sözlərinə görə, hazırda xəstəxanada 8 nəfər müalicə olunur.
Onun sözlərinə görə, xəstəxanaya ümumilikdə 31 xəstə daxil olub. Onların 22-nə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb.