...

Səbail rayonunda növbəti intihara cəhd

Hadisə Materials 15 Dekabr 2015 14:08 (UTC +04:00)
Səbail rayonunda intihara cəhd hadisəsi baş verib.
Səbail rayonunda növbəti intihara cəhd

Bakı. Trend:

Səbail rayonunda intihara cəhd hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:59-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti