...

Yol qəzası daha bir can aldı

Hadisə Materials 19 Dekabr 2015 16:32 (UTC +04:00)
Xızıda yol-nəqliyyat hadisəsi baş verib.
Yol qəzası daha bir can aldı

Bakı. Elmir Murad - Trend:

Xızıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qəza rayonun Sitalçay kəndində qeydə alınıb. Kənd sakini Taleh Hüseynov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən həmkəndlisi Anaxanım Fleydanovanı vurub. A.Fleydanova aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti