...

FHN-i aldadan şəxs tutuldu

Hadisə Materials 31 Dekabr 2015 16:50 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng edərək yalandan məlumat verən şəxs tutulub.
FHN-i aldadan şəxs tutuldu

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng edərək yalandan məlumat verən şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 30-da saat 18:52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib.

Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti