...

Ağstafada maşın divara çırpılıb, sürücü ölüb

Hadisə Materials 7 Yanvar 2016 20:51 (UTC +04:00)
Ağstafada yol qəzası baş verib, sürücü ölüb.
Ağstafada maşın divara çırpılıb, sürücü ölüb

Bakı. Trend:

Ağstafada yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb.

Rayon sakini, 27 yaşlı Oruc Əliyevin idarə etdiyi "NAZ Lifan" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı divara çırpılıb. Sürücü hadisə yerindəcə keçinib.

Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları gəlib. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti