...

Sumqayıtda "Niva" gölə düşüb, sürücüsü ölüb

Hadisə Materials 9 Yanvar 2016 22:26 (UTC +04:00)
Sumqayıtda "Niva" markalı avtomobil gölə düşüb, avtomobilin sürücüsü dünyasını dəyişib.
Sumqayıtda "Niva" gölə düşüb, sürücüsü ölüb

Bakı. Trend:

Sumqayıtda "Niva" markalı avtomobil gölə düşüb, avtomobilin sürücüsü dünyasını dəyişib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində gölə "Niva" markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər suda batmış 1988-ci il təvəllüdlü Anar Nurəddin oğlu Həsənovun cəsədini və avtomobili batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti