...

Kombi aparatı və istilik sistemi oğurlayanlar tutulub

Hadisə Materials 16 Yanvar 2016 13:29 (UTC +04:00)
Oğurluq etdiklərinə görə tutulmuş X.Əliyevin və H.Allahverdiyevin bir neçə evdən kombi aparatı və istilik sistemləri oğurlamaları müəyyən edilib.
Kombi aparatı və istilik sistemi oğurlayanlar tutulub

Bakı. Trend:

Oğurluq etdiklərinə görə tutulmuş X.Əliyevin və H.Allahverdiyevin bir neçə evdən kombi aparatı və istilik sistemləri oğurlamaları müəyyən edilib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 13-də oğurluq etdiklərinə görə tutulmuş X.Əliyevin və H.Allahverdiyevin ətrafında Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 29-da Masazır qəsəbəsində yaşayan İsmayıl Musayevin həyətindən məişət əşyası, dekabrın 27-nə keçən gecə və bu il yanvar ayının 7-də qəsəbə sakini Asəf Hacıyevə və Fatmayı qəsəbə sakini Mirqasım Hüseynova məxsus evlərdən kombi aparatı və istilik sistemləri oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti