...

İsmayıllıda ötən il itkin düşmüş kişinin meyiti tapılıb

Hadisə Materials 18 Yanvar 2016 15:04 (UTC +04:00)
İsmayıllı rayonunda itkin düşmüş şəxsin meyiti Göyçayda aşkar edilib.
İsmayıllıda ötən il itkin düşmüş kişinin meyiti tapılıb

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonunda itkin düşmüş şəxsin meyiti Göyçayda aşkar edilib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, meyit Göyçay rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində tapılıb.

Üzərində zorakılıq əlamətləri görünməyən və qismən çürüməyə məruz qalmış 60-65 yaşlı meyitin ötən il dekabrın 12-də itkin düşmüş İsmayıllı şəhər sakini Bəxtiyar Nəsirov olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti