Bakı. Trend:
Masallıda evdə yanğın faktı qeydə alınıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Hacıtəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.