...

Göygöl sakini dəm qazından zəhərlənib

Hadisə Materials 1 Fevral 2016 01:05 (UTC +04:00)
Göygöl sakini dəm qazından zəhərlənib
Göygöl sakini dəm qazından zəhərlənib

Bakı. Trend:

Göygöl sakini dəm qazından zəhərlənib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə rayonun Balçılı kəndində baş verib. Rayon sakini 30 yaşlı Sevda İsayeva Gəncə şəhər Təcili Tibbi Yardım Xəstənasına dəm qazından zəhərlənmə diaqnozu ilə gətirilib. Dərhal ona ilkin tibbi yardım göstərilib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər Sevda İsayevanın vəziyyətini orta-ağır qiymətləndirir. Sevda İsayeva vanna otağında dəm qazından zəhərlənib.

Xəbər lenti

Xəbər lenti