...

Sumqayıtda sex yanıb

Hadisə Materials 7 Fevral 2016 10:02 (UTC +04:00)
Sumqayıtda sexdə yanğın baş verib
Sumqayıtda sex yanıb

Bakı. Trend:

Sumqayıtda sexdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 600 kv.m olan Polietilen materialları istehsal edən sexin 200 kv.m sahədə taxtadan ibarət dam örtüyünün yanar konstruksiyaları, 10 ton polietilen dənəvər xammal, 50 ədəd polietilen borular və 4 ədəd dəzgah yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti