...

İnək oğrusu tutuldu

Hadisə Materials 9 Fevral 2016 12:36 (UTC +04:00)
Fevralın 8-nə keçən gecə Ağdam rayonunun Əfətli kəndində yaşayan Novruz Əliyevin həyətindən 3 inək oğurlanıb.
İnək oğrusu tutuldu

Bakı. Trend:

Fevralın 8-nə keçən gecə Ağdam rayonunun Əfətli kəndində yaşayan Novruz Əliyevin həyətindən 3 inək oğurlanıb. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Şirinov tərəfindən törədilməsi müəyyən edilib. Ona məxsus yardımçı təsərrüfata baxış zamanı fevralın 3-də rayon sakini İlham Hüseynovun həyətindən oğurlanmış 13 qoyundan 1-i aşkar edilərək sahibinə qaytarılib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti