Bakı. Trend:
Bakıda avtomobilləri qarət edən şəxs yaxalanıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu il yanvar ayının 10-dan fevral ayının 10-dək olan müddətdə Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki dayanacaqların birində BMC markalı 3 avtomobildən akkumulyator oğurlanıb.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Amid Babayev tutulub.