...

Bakıda və Balakəndə ev yandı

Hadisə Materials 17 Fevral 2016 14:52 (UTC +04:00)
Gündüz saatlarında Bakıda və Balakəndə olmaqla iki yanğın faktı qeydə alınıb.
Bakıda və Balakəndə ev yandı

Bakı. Trend:

Gündüz saatlarında Bakıda və Balakəndə olmaqla iki yanğın faktı qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Balakən rayonu, Gülüzanbinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər fakt - Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin mətbəxində əşyalar 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti