...

Kürdəmirdə silahlı insident - iki qardaş güllələndi

Hadisə Materials 26 Fevral 2016 11:54 (UTC +04:00)
Kürdəmirdə güllələnmə hadisəsi olub.
Kürdəmirdə silahlı insident - iki qardaş güllələndi

Bakı. Trend:

Kürdəmirdə güllələnmə hadisəsi olub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 25-də Kürdəmir rayonunda rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş vermiş münaqişə zamanı M.Abdullayev N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş "Arthems" markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti