...

Bakıda polis iki əməliyyat keçirdi - 41 kiloqram narkotik aşkarlandı

Hadisə Materials 10 Mart 2016 13:40 (UTC +04:00)
Bakıda polis natkotik maddələrin qarşısını alınması ilə bağlı bir gündə iki əməliyyat keçirib
Bakıda polis iki əməliyyat keçirdi - 41 kiloqram narkotik aşkarlandı

Bakı. Trend:

Bakıda polis natkotik maddələrin qarşısını alınması ilə bağlı bir gündə iki əməliyyat keçirib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, manrtın 9-da Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Heydər Məmmədovdan 2 kiloqram 614,17 qram tiryək, 23,19 qram marixuana götürülüb. Onun paytaxtda kirayədə yaşadığı evə baxış zamanı isə 15 kiloqram 183 qram marixuana və 2,613 qram tiryək aşkar edilərək götürülüb.

Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini Rəşid Şirinovdan 705 qram heroin və 2 kiloqram 70 qram marixuana götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti