...

Salyanda mənzil yanıb, 7 nəfər təxliyə olunub

Hadisə Materials 23 Mart 2016 09:02 (UTC +04:00)
Salyanda yanğın hadisəsi qeydə alınıb.
Salyanda mənzil yanıb, 7 nəfər təxliyə olunub

Bakı. Trend:

Salyanda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Salyan şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 69 kv.m olan 4 otaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 32 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti