...

Vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanıldı

Hadisə Materials 11 Aprel 2016 19:48 (UTC +04:00)
Vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb.
Vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanıldı

Bakı. Trend:

Vətəndaşlara külli miqdarda zıyan vuran dələduz qadin saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti