...

I Avropa Oyunları ərəfəsində stadiona bomba qoyulması barədə yalan məlumat verən şəxsə hökm oxundu

Hadisə Materials 18 Aprel 2016 16:09 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
I Avropa Oyunları ərəfəsində stadiona bomba qoyulması barədə yalan məlumat verən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Xudiyev 2015-ci il iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112 qaynar xidməti"nə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti