...

Bakıda avtomobili qarət edənlərə hökm oxundu

Hadisə Materials 29 Aprel 2016 16:14 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sadiq Ağayev, Qaməddin Əliyev və Məhəbbət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda avtomobili qarət edənlərə hökm oxundu

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sadiq Ağayev, Qaməddin Əliyev və Məhəbbət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər bir 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin fevral ayında paytaxt sakini Nizami Qasımova məxsus "Toyota" markalı avtomobildən 80 min ABŞ dolları oğurlanıb. Hadisədən sonra polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri S.Ağayev, M.Əliyev və Füzuli rayon sakini Q.Əliyev tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti