...

Sabirabadda ev yanıb

Hadisə Materials 16 May 2016 09:51 (UTC +04:00)
Sabirabadda gecə saatlarında yanğın faktı qeydə alınıb.
Sabirabadda ev yanıb

Bakı. Trend:

Sabirabadda gecə saatlarında yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Yolçubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evdə olan 2 ədəd boş və 1 ədəd dolu 50 litrlik məişət qaz balonu yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti