...

Dolu Tovuzda fəsadlar törətdi (FOTO)

Hadisə Materials 4 İyun 2016 12:43 (UTC +04:00)
Dolunun öz növbəsini yağışa yox günəşli havaya verməsi kəndliləri heyrətləndirib.
Dolu Tovuzda fəsadlar törətdi (FOTO)

Bakı. Trend:

Tovuzun Əlibəyli kəndi bu dəfə təbiətin şıltaqlığı ilə üz-üzə qalıb. Belə ki, kəndə güclü dolu yağıb. Dolunun öz növbəsini yağışa yox günəşli havaya verməsi kəndliləri heyrətləndirib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, təbiət hadisəsi, əsasən, sakinlərin həyətyanı sahələrdə əkdiyi kartof, pomidor, lobyanı məhv edib. Yeni əkilən qarğıdalı, xiyar, kələm sahələri də təbiət hadisəsinin qurbanı olub.

Molla Ayrım, Əsrik Cırdaxan, Çatax kəndlərindəki əkin sahələri də doludan ziyan görüb. Dəmyə becərilən kartof sahələri məhv olub.

Mayın son günlərində də Tovuzun 10-na yaxın dağ kəndində dolu, leysan, güclü külək bir sıra fəsadlar törətmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti