...

Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə Materials 5 İyun 2016 14:03 (UTC +04:00)
Göygölün Toğanalı kəndində yol qəzası baş verib.
Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. Trend:

Göygölün Toğanalı kəndində yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 44 yaşlı Müzəffər Məmmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü və sərnişini, Toğanalı kənd sakini 78 yaşlı Cəlil Rüstəmov müxtəlif xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Müzəffər Məmmədova sağ bud-çanaq oynağının əzilməsi, Cəlil Rüstəmova isə döş qəfəsinin küt travması diaqnozu qoyulub, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti