...

Xaçmazda iş adamı qətlə yetirilib (FOTO/VİDEO)

Hadisə Materials 16 İyun 2016 13:46 (UTC +04:00)
Xaçmaz şəhərində qətl hadisəsi törədilib.
Xaçmazda iş adamı qətlə yetirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Xaçmaz şəhərində qətl hadisəsi törədilib.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu bu gün yaşadığı evdə qətlə yetirilib.

O, hadisə zamanı evdə tək olub. Mərhumun yaxınları qətldən səhər saatlarında xəbər tutublar.

Qətlə yetirilən şəxsin bacısı Əzimə Məmmədova deyib: "Özü kənddə müəllim işləyib. Sonra gəldi yanıma, alverə qurşandı. İki aydır ki, yanına gəlmirdim. Evə girməmişəm hələ. Biri deyir ki, ölüb, biri deyir ki, başını kəsiblər, mənim də xəbərim yoxdur".

İki uşaq atası olan İlqar Məmmədov öz evində ticarət mallarının topdan satışı ilə məşğul idi.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti