...

İki nəfəri bıçaqlayan şəxsə hökm oxundu - 7 il

Hadisə Materials 24 İyun 2016 16:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Nahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
İki nəfəri bıçaqlayan şəxsə hökm oxundu - 7 il

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Nahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, ötən il sentyabrın 13-də təqribən saat 03:30-da Tbilisi prospektində Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirilib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti