...

Balakəndə "KAMAZ" yanıb

Hadisə Materials 30 İyun 2016 07:02 (UTC +04:00)
Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanıb, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı əriyib
Balakəndə "KAMAZ" yanıb

Bakı. Trend:

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanıb, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı əriyib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti